Bank Of Baku

“Uşaq ili” ilə bağlı yeni doğulan uşaqlara verilən müavinətlərin artırılması təklif olunur

“Uşaq ili” ilə bağlı yeni doğulan uşaqlara verilən müavinətlərin artırılması təklif olunur
# 19 yanvar 2009 13:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-cu ilin “Uşaq ili” elan olunması ilə əlaqədar Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan İşçi Qrupun hazırladığı tədbirlər planı yaxın günlərdə Prezidentin İcra Aparatına təqdim olunacaq. Bu barədə APA-ya komitənin sədr müavin Aynur Sofiyeva məlumat verib. Onun sözlərinə görə, “Uşaq ili” ilə bağlı uşaqların sosial problemlərinin həllinə dair təkliflər paketi də hazırlanır. Təkliflər paketinə uşaq anadan olarkən verilən birdəfəlik müavinətlərin və analara verilən məzuniyyət pullarının artırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli istiqamətində təkliflər daxildir. A. Sofiyeva təkliflər paketinin ilin ortalarında Azərbaycan hökumətinə təqdim olunacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR