Bank Of Baku

Ötən il Azərbaycanda qanunsuz fəaliyyət göstərən 284 aptek bağlanıb

Ötən il Azərbaycanda qanunsuz fəaliyyət göstərən 284 aptek bağlanıb
# 19 yanvar 2009 14:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi ötən il ərzində 1801 aptekə baxış keçirib. Mərkəzin dərmanların keyfiyyətinə nəzarət müfəttişliyinin rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, baxış zamanı 284 aptekin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmin apteklərin fəaliyyəti mərkəz tərəfindən dayandırılıb. Onlardan könüllü olaraq fəaliyyətini dayandıran 119 aptek İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə protokollar tərtib edilərək cərimələnib.

P. Əzizbəyov hazırda ölkədə 1396 aptekin fəaliyyət göstərdiyini açıqlayıb. Onlardan 695-i xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən özəl, 689-u dövlət nömrəli apteklərdir, 12-si Azərbaycan Dövlət Dəmiryol İdarəsinin həkim-sanitar xidmətinin tabeliyindədir.

Ötən il ərzində apteklərdə yararlılıq sertifikatı olmayan 10896 seriya dərman preparatları aşkarlanaraq müvafiq qaydada məhv edilib. Bundan əlavə, 1558 ədəd istifadə müddəti bitmiş dərmanlar mərkəz tərəfindən məhv olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR