Bank Of Baku

Xəzərlə əlaqəsi olan 320 axar dənizə antropogen təsir göstərir

Xəzərlə əlaqəsi olan 320 axar dənizə antropogen təsir göstərir
# 19 yanvar 2009 14:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ötən il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi sahəsində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 3182 akt və protokol tərtib edib, 768 icrası məcburi olan göstəriş verib, 2 obyektin fəaliyyətini dayandırıb, 84 iş hüquq-mühafizə, 436 iş məhkəmə orqanlarına göndərilib. Nazirlikdən APA-ya verilən məlumata görə, ümumilikdə 865 iş üzrə 1912043,25 manat məbləğində cərimə, 2832 iş üzrə isə 665283,28 manat məbləğində ödəmə tətbiq edilib, 984 iş üzrə 2040009,7 manat məbləğində iddia qaldırılıb. Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna 1031653 manat vəsaitin köçürülməsi təmin edilib.

Ötən il yeni istifadəyə verilmiş Zığ - hava limanı yolunun ətraf ərazilərinin monitorinqi keçirilib. Çirklənmiş ərazilər müəyyənləşdirilib, bu ərazilərin çirklənmədən təmizlənməsinə dair təkliflər hazırlanıb. Nazirlər Kabinetinin sərəncamı ilə Hirkan Milli Parkının ərazisi meşə fondu torpaqları hesabına 18923 hektar genişləndirilərək 40358 hektara çatdırılıb. Hazırda ölkədə 8 Milli Park, 14 Dövlət Təbiət Qoruğu, 22 Dövlət Təbiət Yasaqlığı var. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478000 hektardan 778464,7 hektara çatdırılıb ki, bu da ölkə ərazisinin təqribən 9 faizini təşkil edir.

Xəzər dənizinin Azərbaycan sektorunda və onun şimaldan cənubadək sahil zolağında, o cümlədən çimərlik əraziləri, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə keçirilən monitorinqlər zamanı Xəzər dənizi ilə əlaqəsi olan 320 axar qeydə alınıb. Onların 289-u sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR