Bank Of Baku

Gürcüstanın Marneuli şəhərində “Meydan” jurnalı nəşr olunub

Gürcüstanın  Marneuli şəhərində “Meydan” jurnalı nəşr olunub
# 19 yanvar 2009 14:19 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə -APA. Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təsis etdiyi “Meydan” adlı aylıq ictimai dərgisinin təqdimatı keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, təqdimat mərasimində Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva, Həvva Məmmədova, şair-publisist Yusif Yusifli, Rustavi şəhər 7 saylı orta məktəbin direktoru Bəhram İsayev, jurnalist Ziyatxan Məmmədov, Gürcüstanın Dövlət Nazirinin reinteqrasiya məsələləri üzrə müşaviri Savalan Mirzəyev çıxış ediblər. Azərbaycanlıların Mədəniyyət mərkəzinin rəhbəri Fazil Həsənov APA-ya bildirib ki, 500 tirajla nəşr edilən “Meydan” jurnalı əsasən Gürcüstanda yaşayan azərbaycanlıların mədəniyyətindən, problemlərindən, təhsilindən bəhs edəcək, regionda baş verən hadisələrə öz münasibətini bildirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR