Bank Of Baku

Azərbaycanda idmanla məşğul olanların sayı 545 min nəfərə çatıb

Azərbaycanda idmanla məşğul olanların sayı 545 min nəfərə çatıb
# 20 yanvar 2009 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda idman qurğularının sayı 2009-cu ilin əvvəlinə 9340 ədəd təşkil edib. İlkin məlumatlara əsasən, ölkədə idmanla məşğul olanların sayı 545 min nəfərə çatıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Dövlət Komitəsindən bildirilib ki, Azərbaycanda idman seksiyalarında məşğul olanların sayı da müntəzəm olaraq artır: «Əhali arasında daha çox futbol, voleybol, şahmat, yüngül atletika və basketbol kimi idman növlərinə maraq göstərilir».
«Ölkə iqtisadiyyatında baş verən sürətli inkişaf prosesi bütün sosial həyatı, o cümlədən idman və bədən tərbiyəsini də əhatə edir və bu sahədə qazanılan nailiyyətlər ilbəil artır. İdmançılarımız ötən il ərzində müxtəlif beynəlxalq yarışlarda ümumilikdə 550, o cümlədən 205 qızıl, 141 gümüş, 204 bürünc medal qazanıb və ilin ən böyük uğuru isə Çində keçirilən Yay Olimpiadasında əldə edilib. Pekin Olimpiya Oyunlarında idmançılarımız 7 medal, Paralimpiya Oyunlarında isə 10 medal qazanıblar», - deyə DSK-dan bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR