Bank Of Baku

Lənkəranda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

Lənkəranda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib
# 20 yanvar 2009 10:55 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev – APA. 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar Lənkəranın bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında anım mərasimləri keçirilib. APA - nın cənub bürosunun məlumatına görə, yanvarın 19-da rayonun ümumtəhsil məktəblərində, Lənkəran Dövlət Universitetində, Humanitar Kollecdə və Tibb Texnikumunda ilk dərslər 20 Yanvar faciəsinə həsr olunub. Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 20 Yanvar şəhidlərinin ailə üzləri ilə görüşərək onlara pul və ərzaq yardımları təqdim edib. Lənkəran Şəhər Gənclər və İdman İdarəsi ilə “Lənkəran” İdman Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsi şərəfinə kyukşin-karate üzrə ümumrayon birinciliyi keçirilib. Qaliblər təşkilat komitəsinin medal, fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. M.Ə. Sabir adına Mərkəzi Şəhər Kitabxanasında qanlı hadisələri əks etdirən foto, rəsm, kitab və digər əyani vəsaitlərin sərgisi düzənlənib.
Bu gün isə Lənkəran ŞİH-nin başçısı Süleyman Mikayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra mərasim iştirakçıları Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “Şəhidlər” adlı ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.
Qeyd edək ki, qanlı Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbirlər, anma mərasimləri cənub bölgəsinin Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR