Bank Of Baku

Azərbaycanda bağlanılan nikahların sayı ötən il boşanma hallarını 10 dəfə üstələyib

Azərbaycanda bağlanılan nikahların sayı ötən il boşanma hallarını 10 dəfə üstələyib
# 21 yanvar 2009 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 79,9 min nikah bağlanıb. Bununla yanaşı, hesabat ilində ölkədə 7,9 min boşanma halı qeydə alınıb. Əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə respublikada nikah və boşanma hallarının sayı üzrə əhalinin hər 1000 nəfərinə hesabı ilə bir qədər azalma müşahidə olunub. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dövlət Komitəsindən bildirilib ki, birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 28, qadınlar arasında isə 24 yaş təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR