Bank Of Baku

Tiflis Universitetində “Azərbaycanın Dostları Klubu” Auditoriyası açılıb

Tiflis Universitetində “Azərbaycanın Dostları Klubu” Auditoriyası açılıb
# 21 yanvar 2009 07:20 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflis şəhərində 20 Yanvar hadisələrinə həsr olunan anım mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin də qatıldığı anım mərasimi Heydər Əliyevin büstünü ziyarət etməklə başlayıb. Sonra tədbir İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində davam etdirilib. Universitetdə səfirliyin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycanın dostları klubu” auditoriyasının açılışı olub. Yenicə açılmış klub ilk tədbirini 20 Yanvar faciəsinə həsr edib. Səfir Namiq Əliyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixinə yazılmış qəhrəmanlıq səhifələri olduğunu vurğulayıb. Universitetin rektoru Georgi Ququa çıxışında 20 Yanvar hadisələrinə öz münasibətini bildirib və elm ocağında açılan klubun gələcəkdə Azərbaycan və gürcü gənclərinin fəal görüş yerinə çevriləcəyini, burada Gürcü və Azərbaycan ədəbiyyatı, elmi, mədəniyyəti, tarixinə aid hər iki millətin alimlərinin iştirakı ilə müxtəlif mövzularda seminarlar keçiriləcəyini deyib. Rektor qeyd edib ki, universitetin auditoriyaları həmişə azərbaycanlıların üzünə açıqdır.
Tədbirdə Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev, Gürcüstan parlamentinin deputatı Ramin Bayramov da iştirak edib.
Gürcüstanın Qardabani rayonunda da 20 Yanvarla bağlı anım tədbirləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR