Bank Of Baku

Azərbaycanda pensiyanın orta məbləği orta aylıq əmək haqqının 36%-nə çatıb

Azərbaycanda pensiyanın orta məbləği orta aylıq əmək haqqının 36%-nə çatıb
# 21 yanvar 2009 07:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda 2009-cu ilin əvvəlinə 1,270 mln. nəfər pensiyaçı olub və ölkə iqtisadiyyatında məşğul əhalinin hər 1000 nəfərinə 313 pensiyacı düşür. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən il 96 manat olub və bu, orta aylıq əmək haqqının 36%-ni təşkil edib.
Qeyd edək ki, 2006-cı ildən aztəminatlı ailələr üçün ünvanlı dövlət sosial yardım sistemi yaradılıb və cari ilin əvvəlinə 750 min nəfər ünvanlı dövlət sosial yardımı alıb, bir nəfərə düşən yardımın məbləği 22 manat olub. Bundan başqa, əmək pensiyası almaq hüququna malik olmayan 285,2 min nəfərə 9,7 mln. manat məbləğində sosial müavinət verilib.
Xatırladaq ki, Azərbaycan prezidenti 2008-ci ilin dekabr ayının 30-da tarixli «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»nı təsdiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR