Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, mütəxəssislərin hər beş nəfərindən birinin elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsi var. Bu ilin əvvəlinə kateqoriyaya görə tədqiqat və işləmələrlə məşğul olan heyətin strukturu aşağıdakı kimi olub:
Bundan başqa, elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirən, lakin elmi-tədqiqat bölmələrində ştatda olmayan 12 min elmi pedaqoji işçi ali məktəblərdə çalışır. Onların yarıdan çoxu elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsinə malikdir.
Ölkədə fəaliyyət göstərən 96 aspirantura və 24 doktorantura müəssisəsinin elmi kadr potensialının artırılmasında böyük rolu var və burada 2009-cu ilin əvvəlinə 1 681 aspirant və 83 doktorant təhsil səviyyəsini artırıb. Aspirantların 56%-i və doktorantların 64%-i elmi müəssisələrdə və müvafiq olaraq 44%-i və 36%-i ali məktəblərdə təhsil alıb. Təhsilini artıran aspirantların 34%-ni, doktorantların isə 20%-ni qadınlar təşkil edir.
Elmi kadrların hazırlanması ilə məşğul olan 1 179 nəfər elmi rəhbərin 49-u akademik, 81-i müxbir üzv, 689-u professor, 360-ı isə dosentdir.