Bank Of Baku

Səhiyyə Nazirliyi 46 apteki cərimələyib

Səhiyyə Nazirliyi 46 apteki cərimələyib
# 21 yanvar 2009 10:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Səhiyyə Nazirliyi ötən il “Reseptlərin yazılması və dərman vasitələrinin apteklərdən buraxılması qaydaları haqqında” əmrə əməl etməyən 46 aptek müəssisəsini cərimələyib. Bu barədə APA-ya nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət müfəttişliyinin rəisi Pərviz Əzizbəyov məlumat verib. O bildirib ki, nazirliyin 2007-ci il mayın 3-də verdiyi əmrə nəzarət məqsədilə bütün apteklərə xəbərdarlıq edilib. Amma bu xəbərdarlıqlara baxmayaraq, 46 aptek yenidən müvafiq resept formasında dərman vasitələrini buraxmayıb. Bu səbəbdən onlar İnzibati Xətalar Məcəlləsinin 230.1 maddəsi əsasında cərimələnib.

P. Əzizbəyovun sözlərinə görə, il ərzində Səhiyyə Nazirliyinin “qaynar xətt”inə 446 müraciət gəlib. Həmin müraciətlərin əksər hissəsi apteklərdən alınan dərman vasitələrinin yoxlanılması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR