Bank Of Baku

Azərbaycanda tədqiq olunmuş hər üç müəssisədən biri su hövzələrini çirkləndirir

Azərbaycanda tədqiq olunmuş hər üç müəssisədən biri su hövzələrini çirkləndirir
# 21 yanvar 2009 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2008-ci ildə 1551 müəssisədə müayinə aparılıb. Bunun nəticəsində torpağın çirkləndirilməsi üzrə tədqiq olunmuş hər iki müəssisədən birində, su hövzələrinin çirkləndirilməsi üzrə hər üç müəssisədən birində və eləcə də atmosfer havasının çirkləndirilməsi üzrə müayinə edilmiş hər on müəssisədən birində atılan tullantıların icazə verilən həddən artıq olması müəyyənləşdirilib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən il təbiəti mühafizə qanunvericiliyini pozduğuna görə 865 nəfər vəzifəli şəxs və vətəndaş inzibati məsuliyyətə cəlb edilib və onlardan tutulan cərimələrin məbləği 1,6 mln. manat təşkil edib. Bundan başqa, 1 200 müəssisəyə qarşı iddia qaldırılıb və bu iddialara əsasən 240,1 min manat həcmində cərimə tutulub.
Komitədən həmçinin bildrilib ki, 2009-cu ilin əvvəlinə ölkənin müəssisələrində 1,7 mln. ton təhlükəli tullantı yığılıb qalıb və onların 1,2 mln. tonu metallurgiya emalında əmələ gələn IV dərəcəli şlaklardır.
Cari ilin əvvəlinə Azərbaycanda ümumi sahəsi 177,4 min hektar olan 12 dövlət qoruğu və ümumi sahəsi 246,4 min hektar olan 9 milli park var.
Ötən ilin sonunda ölkə prezidenti tərəfindən Abşeron yarımadasında beynəlxalq standartlara cavab verən Zooloji Parkın yaradılması haqqında sərəncam imzalanıb. Zooloji Park forma və məzmununa görə analoqu olmayan bir layihədir və orada dünyanın müxtəlif qitələrinin bitki və heyvanat aləmi ilə tanış olmaq üçün əhaliyə geniş imkanlar yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR