Bank Of Baku

Mirvari Qəhrəmanlı: “Həm Azərbaycan Dövlət Neft Şirkətində, həm də xarici şirkətlərdə Əmək Məcəlləsinin tələbləri pozulur”

Mirvari Qəhrəmanlı: “Həm Azərbaycan Dövlət Neft Şirkətində, həm də xarici şirkətlərdə Əmək Məcəlləsinin tələbləri pozulur”
# 21 yanvar 2009 11:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı 2008-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, komitə sədri ötən il rəhbərlik etdiyi quruma hüquqları pozulan 1550 neftçinin müraciət etdiyini deyib. Müraciətlərin 11-i mənzil növbəsinə qəbul, 320-si mənzil növbəsinə bərpa, 77-si əmək müqaviləsinə qanunsuz xitam verilmə, 42-si işə bərpa, 8-i əmək pensiyası təminatı, 145-i istirahət və bayram günlərində əmək haqlarının ikiqat ödənilməməsi ilə bağlı olub. M. Qəhrəmanlı bildirib ki, komitə müraciətlərin hamısını araşdırıb, əksəriyyəti ilə bağlı məhkəmələrə müraciət edib və şikayətlərin bir çoxu müsbət həllini tapıb. O, həm Azərbaycan Dövlət Neft Şirkətində, həm də xarici şirkətlərdə işçilər işə götürülərkən əksər hallarda Əmək Məcəlləsinin tələblərinin pozulduğunu söyləyərək Dövlət Əmək Müfəttişliyini işçilərin hüquqlarının qorunması sahəsində lazımı tədbirləri görməməkdə qınayıb. M. Qəhrəmanlı ötən il istehsalatla əlaqədar 2 ölüm hadisəsinin qeydə alındığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR