Bank Of Baku

Azərbaycanda yaxın günlər ərzində hava yağmursuz olacaq

Azərbaycanda yaxın günlər ərzində hava yağmursuz olacaq
# 21 yanvar 2009 12:23 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, yanvarın 22-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, gündüz arabir açılacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.

Yanvarın 23-də havanın buludlu olacağı, arabir açılacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir, axşam saatlarında isə yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.

Yanvarın 24-də də gün ərzində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Yanvarın 23-dən 24-ə keçən gecə və səhər bəzi yerlərdə az çiskin olacağı ehtimalı var, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə yanvarın 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Yanvarın 23-24-də hava əsasən yağmursuz olacaq, gecə və axşam bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti qeydə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR