Bank Of Baku

Səhiyyə Nazirliyi 3700 adda dərman preparatının Azərbaycana idxalına icazə verib

Səhiyyə Nazirliyi 3700 adda dərman preparatının Azərbaycana idxalına icazə verib
# 21 yanvar 2009 13:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İndiyədək 3700 adadək dərman preparatı Azərbaycanda qeydiyyatdan keçib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib. Onun sözlərinə görə, qeydiyyatdan keçirilmiş həmin dərman dövlət reyestrinə salınıb və onların ölkədə istifadəsinə icazə verilib.
P. Əzizbəyov bildirib ki, ötən ilin martın 1-dən başlayaq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən dərman preparatlarının ölkəyə idxalına icazə verilmir. İnspeksiya rəisi dövlət reyestrinə salınan dərman preparatlarının sayının artacağını da söyləyib.
P. Əzizbəyovun sözlərinə görə, qeydiyyatdan keçməyən dərmanların ölkəyə gətirilməsinin dayandırılması nəticəsində Azərbaycanda xeyli idxalçı şirkətin fəaliyyəti məhdudlaşıb: “Dövlət reyestri yaradılmamışdan əvvəl bir çox şirkətlər ölkəyə bir çox adda dərmanlar gətirirdilər. Amma ötən ilin martın 1-dən bu şirkətlərlə iş aparılmağa başlanılıb və onların hamısına yeni tələblərlə bağlı xəbərdarlıq edilib. Hansı şirkət neçə sayda, neçə adda dərman preparatını qeydiyyatdan keçiribsə, onların Azərbaycan ərazisinə idxalına və satışına icazə verilib. Hansı adda dərman qeydiyyatdan keçməyibsə, onun idxalına qadağa qoyulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR