Bank Of Baku

MBA və TEMPUS proqramları üzrə magistraturaya qəbul imtahanı yanvarın 25-də keçiriləcək

MBA və TEMPUS proqramları üzrə magistraturaya qəbul imtahanı yanvarın 25-də keçiriləcək
# 21 yanvar 2009 14:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Respublika ali məktəblərinin magistraturasına MBA və TEMPUS beynəlxalq proqramları üzrə qəbul imtahanını yanvarın 25-də keçirəcək. Komissiyadan APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni yanvarın 22, 23 və 24-də TQDK-dan əldə edə bilərlər.
Magistratura pilləsində MBA və TEMPUS proqramları üzrə təqdim olunan 346 plan yerinin müsabiqəsində iştirak etmək üçün 912 bakalavr ərizəsini təsdiq etdirib. Onlardan 824 nəfəri MBA, 88 nəfəri isə TEMPUS proqramı üzrə magistraturaya sənəd verib. Bakalavrların 750-i Azərbaycan bölməsi, 160-ı rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR