Bank Of Baku

Şəmkir Uşaq Xəstəxanasında antisanitariya hökm sürür

Şəmkir Uşaq Xəstəxanasında antisanitariya hökm sürür
# 22 yanvar 2009 07:05 (UTC +04:00)
Şəmkir. Nəzakət Məşədiəliqızı –APA. Şəmkir rayon Uşaq Xəstəxanasının stasionar şöbələrində uşaqların müalicəsi üçün heç bir şərait yoxdur. APA-nın əməkdaşının apardığı müşahidəyə görə, xəstəxanada uşaqların yatdıqları döşək və yastıqlar nimdaş vəziyyətdədir. Palatalarda antisanitariya baş alıb gedir, siçovullar dolaşır.
Şəmkir rayon Uşaq Xəstəxanasının baş pediatrı Ayaz İbrahimov APA-nın yerli bürosuna açıqlamasında tibb müəssisəsində antisanitar vəziyyətin olduğunu təsdiqləyib: “Bu məsələ tezliklə öz həllini tapacaq. Yaz –yay aylarında xəstəxananın şöbələri əsaslı təmirə dayanacaq. Təmir zamanı isə şöbələr müvəqqəti olaraq xəstəxananın əvvəlcədən hazırlanmış başqa korpusuna köçürüləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR