Bank Of Baku

Aşqabadda Xəzəryanı ölkələrin nərə cinsli balıqlar və ixrac qara kürü kvotaları müzakirə ediləcək

Aşqabadda Xəzəryanı ölkələrin nərə cinsli balıqlar və ixrac qara kürü kvotaları müzakirə ediləcək
# 22 yanvar 2009 09:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Yanvarın 26-27-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzər Dənizinin Su Bioresursları Komissiyasının ikinci toplantısı keçiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Bioresursları Departamentindən APA-ya verilən məlumata görə, toplantıda 2009-cu il üçün Xəzər dənizində nərə cinsli bağlıqların ümumi ov həddi və onun milli kvotalara bölünməsi məsələsi müzakirə ediləcək. İclasda ölkələr arasında ixrac qara kürü kvotaları da müəyyənləşəcək.

Departamentdən bildirilib ki, 2008-ci il üçün bütün dəniz üzrə nərə cinsli balıqların ümumi ov həcminin həddi 1061,02 ton (2007-ci ilə nisbətən 10 ton az) qəbul edilmişdi. Xəzəryanı ölkələr arasında Azərbaycan üçün 90, Qazaxıstan üçün 182,5, İran üçün 440, Rusiya üçün 286,5 , Türkmənistan üçün 62,0 ton milli kvota müəyyənləşmişdi. Ötən il ixrac qara kürü kvotaları Azərbaycan üçün 6660, Qazaxıstan üçün 13270, İran üçün 42200, Rusiya üçün 24200, Türkmənistan üçün 5057 kq idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR