Bank Of Baku

Yeni “Azərbaycan gəncliyi” Dövlət Proqramı hazırlanır

Yeni “Azərbaycan gəncliyi” Dövlət Proqramı hazırlanır
# 27 yanvar 2009 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyində yeni “Azərbaycan gəncliyi” Dövlət Proqramı hazırlanır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev deyib. F. Hacıyev bildirib ki, 2005-ci ildə qəbul olunan “Azərbaycan gəncliyi” Dövlət Proqramının müddəti bu il başa çatır, ona görə də nazirlik yeni dövlət proqramı hazırlamaq qərarına gəlib. O, ilin sonuna qədər proqram layihəsinin hazırlanaraq hökumətə təqdim olunacağını açıqlayıb: “Yeni dövlət proqramında əsas diqqət gənclərin məşğulluq probleminin həllinə yönəldiləcək. Hazırda UNİCEF ölkə üzrə gənclərin məşğulluğu ilə bağlı sorğu keçirir. Sorğunun nəticələri də proqramda nəzərə alınacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR