Bank Of Baku

Gəncədə gənclər üçün Karyera Mərkəzi açılacaq

Gəncədə gənclər üçün Karyera Mərkəzi açılacaq
# 27 yanvar 2009 10:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gəncə şəhərində gənclər üçün Karyera Mərkəzi açılacaq. APA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev deyib. O bildirib ki, nazirliyin Avropa Birliyinin “Gələcəyə körpü” gənclər təşkilatı ilə birgə yaradacağı mərkəz regionlarda fəaliyyət göstərən ilk karyera mərkəzi olacaq. Bütün qərb rayonlarını əhatə edəcək mərkəz bu ilin mart ayında fəaliyyətə başlayacaq. Mərkəzdə boş iş yerləri ilə bağlı məlumat bankı yaradılacaq, treninqlər keçiriləcək, müxtəlif ixtisaslar üzrə ixtisasartırma kursları təşkil olunacaq. Nazirlik təmsilçisinin sözlərinə görə, layihə uğurlu alınsa, digər rayonlarda da belə mərkəzlər yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR