Bank Of Baku

Azərbaycanda “Ana və uşaqların sağlamlığının qorunması” Dövlət Proqramı çərçivəsində yeddi Perenetal Mərkəz açılacaq

Azərbaycanda  “Ana və uşaqların sağlamlığının qorunması” Dövlət Proqramı çərçivəsində yeddi Perenetal Mərkəz açılacaq
# 27 yanvar 2009 11:56 (UTC +04:00)
Bakı. İlhamə İsabayeva – APA. Bu ilin sentyabrında Bakıda ölkə prezidenti tərəfindən elan edilən “Uşaq ili” ilə əlaqədar ana və uşağın sağlamlığının təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Sənan Kərimov deyib. Azərbaycanda evdə doğuş hallarının hələ də mövcud olduğunu etiraf edən nazir müavini ictimaiyyəti buna qarşı mübarizə aparmağa çağırıb: “Sözsüz ki, evdə doğuş halları var. Evdə doğuş hallarının riski daha böyükdür.
Bu faktlara qarşı yalnız Səhiyyə Nazirliyi deyil, ictimaiyyət də mübarizə aparmalıdır”. S. Kərimov əlavə edib ki, 2006-cı ildə təsdiqlənən “Ana və uşaqların sağlamlığının qorunması” Dövlət Proqramı çərçivəsində yeddi Perenetal Mərkəz açılacaq. Artıq belə mərkəzlərdən biri Gəncədə istifadəyə verilib. Bu il ərzində Bakı da daxil olmaqla, daha üç mərkəz istifadəyə veriləcək. Ümumilikdə 2010-cu ilədək bu mərkəzlərin hamısı fəaliyyət göstərəcək: “Bu mərkəzlərin funksiyası doğum evlərindən və digər tibb müəssisələrindən fərqlənir. Burada patoloji hamilələrə, zəif doğulmuş uşaqlara xidmət göstəriləcək ki, bu da öz növbəsində ölkədə ana və uşaq ölümünün səviyyəsini azaldacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR