Bank Of Baku

Şirvan və Ucarda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni inzibatı binalarının açılış mərasimi olub

Şirvan və Ucarda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni inzibatı binalarının açılış mərasimi olub
# 27 yanvar 2009 12:18 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı, Zahid Abışov - APA. Bu gün Şirvan şəhərində və Ucar rayonunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni inzibatı binalarının açılış mərasimi olub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, açılış mərasimlərində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov da iştirak edib. A. Qaraşov deyib ki, respublika üzrə 10 ərazi vahidində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binalarının tikintisi başa çatdırılıb, daha üç ərazidə isə tikinti işləri davam etdirilir. 2009-cu ildə Bakı, Gəncə, Lənkəran, Salyan və Qəbələdə yeni inzibatı binaların tikintisi planlaşdırılır. Onun sözlərinə görə, bütün ərazi dairələrində elektron şəbəkələr mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR