Bank Of Baku

UNİCEF-in “Dünyada uşaqların vəziyyəti” adlı hesabatının təqdimatı keçirilib

UNİCEF-in “Dünyada uşaqların vəziyyəti” adlı hesabatının təqdimatı keçirilib
# 27 yanvar 2009 12:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. UNİCEF-in 2009-cu ildə nəşr edilmiş “Dünyada uşaqların vəziyyəti” adlı hesabatının təqdimatı keçirilib. APA-nın məlumatına görə, UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbər əvəzi Məhəmməd Bendilis Alami bildirib ki, hesabatda inkişaf etməkdə olan ölkələrdə körpə və ana ölümü riskinin yüksəkliyindən bəhs edilir, hamiləlik və doğuşla bağlı ağırlaşmalardan baş verən ölüm halları qeyd olunur. O, hər il yarım milyon qadının hamiləlik və doğuş zamanı yaranmış ağırlaşmalardan dünyasını dəyişdiyini deyib: “1990-2007-ci illər ərzində bu səbəblər üzündən 10 milyon uşaq ölüb”. Bununla belə, UNİCEF rəsmisi 1990-2007-ci illərdə dünyada 5 yaşadək uşaqlar arasında ölüm hallarının 27% azaldığını söyləyib.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin səhiyyə proqramlarının rəhbəri Şəfəq Rəhimova ana ölümünün əsas səbəbləri kimi qanaxmalar, infeksiya, abort, uşaq ölümünün əsas səbəbi kimi isə infeksiya və digər səbəbləri göstərib. Səhiyyə nazirinin müavini Sənan Kərimov qeyd edib ki, uzun illər Azərbaycanda ana və uşaq ölümünün qarşısının alınması istiqamətində düzgün iş aparılmayıb. O, artıq dövlət tərəfindən bu sahədə ciddi işlər görüldüyünü, son üç il ərzində ana və uşaq ölümünün azaldığını vurğulayıb. Elmi Tədqiqat Mama və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva isə bəyan edib ki, 2008-ci il ərzində rəhbərlik etdiyi quruma müraciət edən qadınların 92 faizində patoloji, yalnız 8 faizində fizioloji hamiləlik olub. Həmin qadınların 65 faizində ekstragenital xəstəliklər olub, 35 faizində anemiya qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR