Bank Of Baku

Azərbaycanda 500 qram çəki ilə doğulan körpələr uşaq sayılacaq

Azərbaycanda 500 qram çəki ilə doğulan körpələr uşaq sayılacaq
# 27 yanvar 2009 13:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Səhiyyə Nazirliyi Azərbaycanda yeni doğulmuş körpələrlə bağlı yeni meyarlar hazırlayır. Nazirliyinin tibbi yardımı şöbəsinin müdir müavini Elmira Əliyeva APA-ya bildirib ki, mövcud meyarlara əsasən çəkisi 1 kq-dan artıq və 28 həftəlik olan körpələr yeni doğulmuş uşaq sayılır. Yeni meyarlarda isə hamiləliyin 22-ci həftəsində doğulan və 500 qram çəkisi olan körpələr də yeni doğulmuş uşaq sayılacaq. Dəyişikliyin səbəblərini açıqlayan E. Əliyeva deyib ki, hazırda 500 qram çəki ilə doğulan körpələr “düşük” adlandırılır: “Amma beynəlxalq standartlara əsasən körpə nəfəs alırsa, artıq yeni doğulmuş uşaq hesab olunur”.

E. Əliyeva yeni meyarların 2011-ci ildə qüvvəyə minməsinin nəzərdə tutulduğunu söyləyib: “Amma buna necə nail olacağıq, hələ bilinmir. Dünya praktikası göstərir ki, 500 qram çəki ilə doğulan uşaqların 50 faizi əlil olur. Rusiyada 500 qramlıq körpələrin reanimasiyası valideynin tələbi ilə edilir. Əks halda, reanimasiyaya ehtiyac duyulmur. Çünki 500 qram çəki ilə doğulan uşaqların ölməsi ehtimalı çox böyükdür”.

E. Əliyevanın sözlərinə görə, 500 qramlıq körpələr üç gün müddətində sağ qalarsa, artıq onlar “düşük” deyil, yeni doğulmuş uşaq adlanır. O, Azərbaycanda 500 qram çəki ilə doğulmuş uşaqların sayının çox olmadığını vurğulayıb: “Ölkənin hər doğum evində il ərzində 7-8 500 qramlıq körpə doğulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR