Bank Of Baku

15 Qarabağ qazisinə sertifikat verilib

15 Qarabağ qazisinə sertifikat verilib
# 27 yanvar 2009 14:41 (UTC +04:00)
Bakı-APA. Qarabağ Qaziləri İctimai Birliyinin (QQİB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı qrant əsasında həyata keçirdiyi layihə başa çatıb. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə QQİB-nin baş ofisində tədbir keçirilib. Tədbirdə birliyin sədri, həyata keçirilən “Əlil, veteran, şəhid ailələrinin sosial problemlərinin həllinə kömək” adlı layihənin rəhbəri Etimad Əsədov çıxış edərək görülən işlərin mahiyyətindən danışıb: “Layihə çərçivəsində 15 Qarabağ müharibəsi əlili, müharibə veteranı və şəhid övladı üçün təlimlər keçdik. Təlimlərə kompüter texnologiyaları üzrə təcrübəli mütəxəssislər cəlb olunmuşdu. Kursları uğurla bitirən insanlara bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və «Qarabağ Qaziləri» Birliyi tərəfindən təsdiq olunmuş sertifikatlar veriləcək. Bundan sonra isə onların işlə təmin olunması məsələsi müvafiq nazirliklər qarşısında qaldırılacaq”.
E. Əsədov deyib ki, layihədə əsas məqsəd Azərbaycan torpaqlarının müdafiəsində iştirak edən insanları və onların ailə üzvlərinin müvafiq işlə təmin edilməsinə nail olmaqdır. Tədbirdə təlim kursları keçmiş 15 nəfərə sertifikatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR