Bank Of Baku

Balakəndə yeni poçt binası açılıb

Balakəndə yeni poçt binası açılıb
# 27 yanvar 2009 22:00 (UTC +04:00)
Balakən. Vüqar Heydərov- APA. Balakəndə yeni poçt binasının açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyətindən məlumat verilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maddi vəsaiti hesabına rayonun Yeni Şərif kəndində yeni poçt binası tikilib. Bu gün rayon İcra Hakimiyyəti aparatının nümayəndələrinin, müvafiq təşkilat nümayəndələrinin və Yeni Şərif kənd sakinlərinin iştirakı ilə yeni tikilən poçt binasının açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən kənd sakinləri rayon rəhbərliyinə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR