Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti tələbələrə xüsusi təqaüdün verilməsi üzrə müsabiqə keçirir

Azərbaycan Dövlət Neft Şirkəti tələbələrə xüsusi təqaüdün verilməsi üzrə müsabiqə keçirir
# 27 yanvar 2009 14:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə müsabiqə elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Müsabiqə 2008-2009-cu tədris ilinin I semestrinin nəticələrinə əsasən «yaxşı» və «əla» qiymətlərlə oxuyan tələbələr arasında aparılır. ARDNŞ təqaüdü 2009-cu ilin fevral-iyun ayları dövrü üçün təqdim olunur. ARDNŞ-in rəsmi veb-saytından (www.socar.az/tehsil.html) götürülmüş müvafiq ərizə-anket formasını dolduran namizədlər həmin ərizə-anketi və tələb olunan sənədlərin surətini fevralın 1-15-də Şirkətin kadrların hazırlanması şöbəsinə təqdim etməlidir. Qeyd olunan müddətdən əvvəl və sonra təqdim olunan sənədlərə baxılmayacaq.
İddiaçıların sənədləri nəzərdən keçiriləndən sonra seçilmiş namizədlər yekun seçim üçün mart ayında ARDNŞ-da keçiriləcək yekun müsahibəyə dəvət ediləcəklər. Müsahibənin dəqiq vaxtı barədə məlumat və müsabiqənin qaliblərinin adları www.socar.az/tehsil.html saytında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR