Bank Of Baku

Gəncədə 12760 sakinin suyu kəsilib

Gəncədə 12760 sakinin suyu kəsilib
# 28 yanvar 2009 07:02 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Artıq 1 həftədir ki, Gəncənin əksər hissələrində mənzillərə suyun verilişi dayandırılıb. “Gəncə Su Kanal” Törəmə Səhmdar Cəmiyyətinin (TSC) direktoru Azər Hacıyevin APA- nın qərb bürosunun verdiyi məlumata görə, TSC-nin şəhər Elektrik Şəbəkəsinə 13 milyon 700 min manat borcu var və buna görə də su qurğularının enerji təchizatı dayandırılıb. Gəncə Elektrik Şəbəkəsi 1 həftədir ki, şəhərin 210 su qurğusunun 15-nin elektrik enerjisini kəsib.
Onun sözlərinə görə, TSC-nin 52 min abunəçisi var, onlardan 12760 abunəçinin suyu dayandırılıb. Məlumata görə, yaranmış vəziyyəti aradan qaldırmaq üçün “Gəncə Su Kanal” TSC-nin yanvar ayından etibarən yeni üslubda pulun yığılmasına başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR