Bank Of Baku

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ilk dəfə gənc işçilərin andiçmə mərasimi keçirilib

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ilk dəfə gənc işçilərin andiçmə mərasimi keçirilib
# 28 yanvar 2009 08:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) test yolu ilə dövlət qulluğuna qəbul edilən gənclərin andiçmə mərasimi keçirilib. Bu barədə «APA-Economics»ə komitədən məlumat verilib.
Komitə sədri Ramiz Həsənov bildirib ki, test yolu ilə dövlət qulluğuna qəbul olunanların andiçməsi qurumun tarixində ilk təcrübədir: «Dövlət qulluğuna qəbul üçün təşkil olunan andiçmə mərasimi qanunvericiliyin tələblərinə uyğun keçirilməklə yanaşı, işçilərin məsuliyyətinin daha da artmasına yardımçı olacaq».
Yeni dövlət qulluqçuları Dövlət Bayrağı altında Azərbaycan Konstitusiyasına əl basaraq and içiblər. Qeyd edək ki, and içən gənclər Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən SMPDK-nin vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqədə iştirak edərək test imtahanından və müsahibədən keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR