Bank Of Baku

Ötən il Aran zonasında ətraf mühitin mühafizəsi ilə bağlı 135 qanunsuz hal aşkarlanıb

Ötən il Aran zonasında ətraf mühitin mühafizəsi ilə bağlı 135 qanunsuz hal aşkarlanıb
# 28 yanvar 2009 09:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə - Göyçay, Ucar, Zərdab, Kürdəmirdə ötən il ətraf mühitin mühafizəsi ilə bağlı keçirdiyi yoxlamalar zamanı 82 akt və 53 protokol tərtib edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, su mühafizəsi sahəsində 10 akt tərtib edilib, 4 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 710 manat məbləğində məcburi ödəmə hesablanıb. Atmosfer havasının mühafizəsi sahəsində müəssisə və təşkilatlara 1090 manat məbləğində məcburi ödəmə hesablanıb və keçən ilin qalıqları ilə birlikdə 2560 manatın ödənilməsi təmin edilib.

Yerin təkinin mühafizəsi sahəsində 1 fiziki və 1 hüquqi şəxs 5275 manat məbləğində cərimələnib, 1 təşkilata qarşı 19800 manat məbləğində iddia qaldırılıb. 2 iş tədbir görülməsi üçün məhkəməyə göndərilib.

Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 16 akt və 15 protokol tərtib edilib. 16 fiziki şəxs 17410 manat məbləğində cərimələnib, 18 müəssisəyə qarşı 2550 manat məbləğində ödəmə hesablanıb. 16 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.

Floranın mühafizəsi sahəsində 4 nəfər 2513 manat məbləğində cərimələnib, 15 nəfərə qarşı 1207,9 manat məbləğində iddia qaldırılıb. 4 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.

Ümumilikdə şöbə tərəfindən il ərzində təbiətə vurulmuş ziyan və törədilmiş inzibati xətalarla əlaqədar Təbiəti Mühafizə Ehtiyat Fonduna 18614 manat vəsait ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR