Bank Of Baku

Yunanıstanın Turizm Nazirliyi Azərbaycanın turizm sektorunun təmsilçiləri üçün seminarlar təşkil edəcək

Yunanıstanın Turizm Nazirliyi Azərbaycanın turizm sektorunun təmsilçiləri üçün seminarlar təşkil edəcək
# 28 yanvar 2009 09:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Yunanıstanın Turizm Nazirliyi “Azərbaycana İnkişaf Yardımı” layihəsi çərçivəsində 2009-cu il fevralın 2-7-də Azərbaycanın turizm sektorunun təmsilçiləri üçün seminarlar təşkil edəcək. Yunanıstanın Bakıdakı səfirliyinin iştirakı ilə keçiriləcək seminarların açılışın mərasiminə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də qatılacaq. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarlarda Yunanıstanın müxtəlif turizm universitetlərinin tanınmış professorları mehmanxana və turizm sahəsinə dair mühazirələr söyləyəcəklər.

Ümumilikdə seminarlarda Azərbaycanın müxtəlif turizm agentlikləri və digər institutlarını təmsil edəcək 120-dən çox təmsilçi iştirak edəcək. Seminarların sonunda qala-gecə təşkil olunacaq və kursları bitirmiş iştirakçılara sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Yunanıstan turizm sahəsində, eləcə də bu sahənin idarə olunmasında böyük təcrübəyə və potensiala malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR