Bank Of Baku

Dəvəçidə su anbarı və su elektrik stansiyası tikilir

Dəvəçidə su anbarı və su elektrik stansiyası tikilir
# 28 yanvar 2009 11:30 (UTC +04:00)
Dəvəçi. Solmaz Mehdiyeva-APA. Bakı şəhərinin və bütünlükdə Abşeron yarımadasının içməli su təchizatının yaxşılaşdırılması, həmçinin şimal rayonlarının elektrik enerjisinə olan tələbatının ödənilməsi məqsədilə Dəvəçi rayonunda Taxtakörpü Su Anbarı və 25 meqavat gücündə Su Elektrik Stansiyası tikilir. APA-nın yerli bürosunun xəbərinə görə, dövlət əhəmiyyətli bu tikintinin təməli 2007-ci ildə ölkə prezidentinin iştirakı ilə qoyulub. Türkiyə mütəxəssislərinin hazırladığı və Dövlət Neft Şirkətinin maliyyələşdirdiyi inşaat layihəsini “Azərkörpü” həyat keçirir. Su anbarının tutumu 268 kubmetr olacaq. Burada həmçinin Azərbaycanda analoqu olmayan 135 metr hündürlüyündə bənd qurulur. Tikinti üçün 870 hektar ərazi ayrılıb. İrimiqyaslı tikinti layihəsinə əsasən ərazidən keçən neft və qaz kəmərləri müvafiq formada kənara köçürülüb. Həmin ərazidə məskunlaşan Cəbrayıl rayonundan olan məcburi köçkünlər isə Dəvəçi şəhəri yaxınlığında 70 evdən ibarət “Qarabağlı” yaşayış massivində yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR