Bank Of Baku

Lənkəran bələdiyyəsi ötən ilin laureatlarını mükafatlandırıb

Lənkəran bələdiyyəsi ötən ilin laureatlarını mükafatlandırıb
# 28 yanvar 2009 12:10 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhər Bələdiyyəsində 2008-ci ildə rayonun və şəhərin ictimai-siyasi, sosial-mədəni həyatında müstəsna xidmətləri olan bir qrup şəxsin mükafatlandırma mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənova, Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadəyə, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadəyə və yazıçı-jurnalist Etibar Əhədova ayrı-ayrı nominasiyalar üzrə Lənkəran bələdiyyəsinin diplom, fəxri fərman və pul mükafatları təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR