Bank Of Baku

Şəkidə 50 mənzilə təbii qaz verilişi dayandırılıb

Şəkidə 50 mənzilə təbii qaz verilişi dayandırılıb
# 28 yanvar 2009 12:47 (UTC +04:00)
Şəki. Vüqar Heydərov. APA. Şəki şəhərində 50 mənzilə təbii qazın verilməsi dayandırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Qaz İstismarı İdarəsindən (Qİİ) məlumat verilib. Məlumata görə, buna səbəb sözü gedən mənzillərdə və fərdi evlərdə əhalinin qaz puluna olan borcunu ödəməməsi olub. İdarədən bildirilib ki, əhali istifadə etdiyi mavi yanacağa olan borcunu ödəməsə, bu rəqəm daha da arta bilər.
Şəki Qİİ-dən verilən məlumatda bu günə kimi rayon üzrə əhalidən ümumilikdə 34 faiz təbii qazın istifadə haqqının yığıldığı vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR