Bank Of Baku

Nahid Hacızadənin kitabının təqdimatı keçirilib

Nahid Hacızadənin kitabının təqdimatı keçirilib
# 28 yanvar 2009 13:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Yazıçılar Birliyində (YB) yazıçı Nahid Hacızadənin “Yada düşdü” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimetmə mərasimində çıxış edən xalq yazıçısı Əlibala Hacızadə bildirib ki, sözügedən kitab Azərbaycan memuar ədəbiyyatında hadisədir. Onun sözlərinə görə, kitaba yazıçının müxtəlif illərdə ədəbi dərgilərdə çap olunmuş yazıları toplanıb. Kitabda Süleyman Rüstəm, Ənvər Məmmədxanlı, Əli Vəliyev, Rəsul Rza, Mir Cəlal, Nazim Hikmət, Bülbül, Mirzə İbrahimov kimi dövrünün böyük şəxsiyyətləri haqqında yazıçının xatirələri və məqalələri toplanılıb: “Mən bu kitabı yarımçıq hesab edirəm. Nahid Hacızadənin xatirə dəftərinə düşməyən bir çox şəxsiyyətlər var ki, onlar öz növbələrini gözləyirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR