Bank Of Baku

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Gəncədə zona müşavirəsi keçirib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Gəncədə zona müşavirəsi keçirib
# 28 yanvar 2009 14:30 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Gəncədə torpaq bazarının təşkili sahəsindəki qanunun icrasında yaranmış bir çox problemlərin aradan qaldırılmasına dair zona seminar-müşavirə keçirilib. APA –nın qərb bürosunun məlumatına görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda torpaq hərraclar və müsabiqələr anlayışı, onun keçirilməsi qaydaları, iştirakçıların hüquqi imtiyazları, subyektlər arasında bərabər hüquqi imkanların yaradılmasının mümkünlüyündən danışılıb. Seminar-müşavirədə Gəncə şəhəri mərkəz olmaqla 7 ətraf rayonun icra hakimiyyətlərinin və bələdiyyə orqanlarının nümayəndələri, eləcə də iri torpaq mülkiyyətçiləri iştirak edib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov APA –nın yerli bürosuna bildirib ki, torpaq sahələrinin hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsi qaydasını tənzimləyən 8 sənəd hazırlanıb. Yeni qaydalarda hərbçilərə, əlillərə və gənc mütəxəssislərə güzəştlər nəzərdə tutulub. Bundan əlavə komitənin nəzdində maarifləndirmə işləri aparmaq üçün 11 nəfərdən ibarət komissiya yaradılıb. Yerlərdə yaradılacaq 5 nəfərdən ibarət komissiya üzvləri isə torpaqların hərrac və ya müsabiqə yolu ilə bölünməsinə nəzarət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR