Bank Of Baku

Təhsil Nazirliyinin “qaynar xətt”inə 79 müraciət daxil olub

Təhsil Nazirliyinin “qaynar xətt”inə 79 müraciət daxil olub
# 28 yanvar 2009 14:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yanvarın 5-dən indiyədək Təhsil Nazirliyinin “qaynar xətt”inə 79 müraciət daxil olub. Nazirlikdən APA-ya verilən məlumata görə, müraciətin 25-i anonim, digərləri ünvanlıdır. Araşdırmalar zamanı bəzi ünvanlı müraciətlərin də anonim olduğu müəyyənləşib. Müraciətlərdən 36-sı ali və orta ixtisas təhsili müəssisələri ilə (24-ü dövlət, 12-si özəl) ilə bağlı olub. Ali və orta ixtisas təhsili müəssisələrinə dair müraciətlərin 15-i anonim xarakterlidir.

Müraciətlər məzmunca şikayət, təklif və sorğu xarakterli olub. Bütün müraciətlər araşdırılıb, sorğular cavablandırılıb, təkliflər isə müraciətlər ümumiləşdirilərkən təhlil olunaraq nəzərə alınacaq.

Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyası dövründə “qaynar xətt”ə daxil olan müraciətlər və görülmüş tədbirlər barədə məlumatlar fevralda ictimaiyyətə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR