Bank Of Baku

Azərbaycanda su və kanalizasiya xidmətlərinə görə ödənişlərin yığım səviyyəsi 68%-ə çatıb

Azərbaycanda su və kanalizasiya xidmətlərinə görə ödənişlərin yığım səviyyəsi 68%-ə çatıb
# 29 yanvar 2009 09:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərsu» ASC tərəfindən ötən il abonentlərin su xətləri üzərində 120 531 su sayğacı quraşdırılıb. Bu barədə «APA-Economics»ə «Azərsu» ASC-nin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Quraşdırılmış sayğacların 118 632-si əhali, 1 899-u isə müəssisə və təşkilatlar üzrədir. Hesabat dövründə quraşdırılmış sayğaclardan 93 429-u Bakı şəhərinin, o cümlədən 92 166-sı paytaxt üzrə əhali abonent qrupunun, 1 263-ü isə müəssisə və təşkilatların payına düşüb.
Ümumilikdə, 2009-cu ilin yanvar ayının 1-nə su sayğacı quraşdırılmış abonentlərin sayı 312 185-ə çatıb.
Ötən il istehlakçılara göstərilən su və kanalizasiya xidmətləri üzrə ödənişlərin yığım səviyyəsi 67,6%-ə çatdırılıb. Belə ki, əhali üzrə yığım 46,7%, müəssisə və təşkilatlar üzrə isə 91,9% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR