Bank Of Baku

AMEA bu il ərzində 23 beynəlxalq tədbir keçirəcək

AMEA bu il ərzində 23 beynəlxalq tədbir keçirəcək
# 29 yanvar 2009 09:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti 2009-cu il ərzində keçiriləcək tədbirlərin planını təsdiqləyib. AMEA Rəyasət Heyətinin elmi təşkilat şöbəsinin rəisi Əminağa Sadıqov APA-ya bildirib ki, il ərzində Akademiya tərəfindən 120 elmi və elmi-texniki tədbir keçiriləcək. Onlardan 23-ü beynəlxalq (20 beynəlxalq konfrans, 2 beynəlxalq simpozium, 1 beynəlxalq sessiya) 97-si isə respublika səviyyəli (2 qurultay, 3 simpozium, 76 konfrans, 4 seminar, 1 müşavirə, 5 sessiya, 5 sərgi, 1 müsabiqə) tədbirlər olacaq. Ə. Sadıqov qeyd edib ki, keçiriləcək tədbirlər AMEA-nın bütün elmi-tədqiqat institutlarını əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR