Bank Of Baku

Samuxda yeni məktəb binası istifadəyə verilib

Samuxda yeni məktəb binası istifadəyə verilib
# 29 yanvar 2009 13:02 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı - APA. Samux rayonun Sarıqamış kəndində yeni məktəb binası istifadəyə verilib. APA-nın Qərb bürosunun məlumatına görə, Heydər Əliyev Fondu və Polşa səfirliyinin dəstəyi ilə inşa olunan təhsil ocağı 200 yerlikdir. Məktəbin açılışına Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və rayon rəhbərliyi qatılıb. Məktəb binası 1,5 hektar ərazini əhatə edir. 15 sinif otağından ibarət təhsil ocağında kitabxana və kompüter otağı, ayrı-ayrı fənn kabinələri yaradılıb. Polşa səfirliyi məktəbə 10 kompüter dəsti hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR