Bank Of Baku

Sahil bağında yeraltı qaraj yaradılmayacaq

Sahil bağında yeraltı qaraj yaradılmayacaq
# 29 yanvar 2009 13:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Media Mərkəzində “Tarixi memarlıq abidələri və müasir şəhərsalma” mövzusunda debat keçirilib. APA-nın məlumatına görə, debatda “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun memarı Fəxrəddin Miralayev və Dövlət Memarlıq və İnşaat Universitetinin professoru Nəriman Əliyev iştirak ediblər. F. Miralayev İçərişəhər və Qobustan qoruğunun UNESCO-nun mədəni irsi siyahısına salındığını, Suraxanı atəşgahı və Şəki Xan Sarayı ilə bağlı sənədlərin də bu quruma göndərildiyini deyib. Sahil bağında aparılan işlərlə bağlı məlumat verən F. Miralayev bildirib ki, bağda heç də deyildiyi kimi, yeraltı qaraj tikilməyəcək: “Bağda bir dənə də olsun ağac kəsilməyəcək, “26-lar”ın yerində başqa bir heykəlin qoyulacağı haqda fikirlər də əsassızdır. Bağ sadəcə, sakinlərin istifadəsi üçün nəzərdə tutulub”. O, Sahil bağının şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Şurasının qərarı ilə abadlaşdırıldığını söyləyib: “Bağda olan heykəl isə Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki fonda və ya İncəsənət Muzeyinə verilə bilər”. F. Miralayev sol partiyaların nümayəndələrinin sovet dövründən qalma abidələri yerləşdirilməsi üçün xüsusi ərazi ayrılması təklifi ilə Prezidentin İcra Aparatı və Milli Məclisə ünvanlanan müraciətinə də toxunub: “Qobu tərəfdə açıq səma altında belə bir muzeyin yaradılması fikri var. Sovet dövründən qalma abidələr də orada yerləşdirilə bilər”.

Nəriman Əliyev isə bəyan edib ki, Azərbaycanda yalnız bu torpağın azadlığı uğrunda mübarizə aparmış insanların heykəli olmalıdır: ““26-lar” bu xalqın düşmənləri idi. Bu, artıq sübut olunub. Ona görə də indi “26-lar”ın adlarını hallandırmaq, onlar üçün ağlamaq lazım deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR