Bank Of Baku

Dövlət Radiotezliklər İdarəsi “Simurq-M” Müstəqil Teleradio Şirkətini məhkəməyə verib

Dövlət Radiotezliklər İdarəsi “Simurq-M” Müstəqil Teleradio Şirkətini məhkəməyə verib
# 29 yanvar 2009 13:19 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Dövlət Radiotezliklər İdarəsi “Simurq-M” Müstəqil Teleradio Şirkətini məhkəməyə verib. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsindən APA-ya verilən məlumata görə, buna səbəb teleradio şirkətinin qarşı tərəfə borcunu ödəməməsidir. Belə ki, iddiaçı tərəf məhkəməyə ünvanladığı şikayət ərizəsində aralarında mövcud olan müqavilənin şərtlərinin pozulduğunu bildirərək şirkətdən almış olduğu tezliyin müqabilində 9000 manat tələb edir. Bu gün hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri dindirilib. Qarşılıqlı anlaşma şəraitində keçirilən prosesdə cavabdeh tərəf Dövlət Radiotezliklər İdarəsinə borclu olduğunu etiraf edərək pulu qısa müddət ərzində ödəyəcəyinə söz verib. Proses davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR