Bank Of Baku

Vahab Məmmədov: «Rusiyadakı əmək miqrantlarının Azərbaycana kütləvi qayıtması məlumatları həqiqətə uyğun deyil»

Vahab Məmmədov: «Rusiyadakı əmək miqrantlarının Azərbaycana kütləvi qayıtması məlumatları həqiqətə uyğun deyil»
# 29 yanvar 2009 14:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Rusiya əmək miqrantı kimi çalışan iki Azərbaycan vətəndaşı deportasiya olunub. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məşğulluq və demoqrafiya şöbəsinin müdiri Vahab Məmmədov məlumat verib.
V.Məmmədovun sözlərinə görə, Rusiya Federal Miqrasiya Xidmətinin ƏƏSMN-ə təqdim etdiyi məlumatda hazırda 5 azərbaycanlının sənədlərinə baxıldığı bildirilir.
Qeyd edək ki, 2007-ci ildə Rusiyadan cəmi 1 azərbaycanlı əmək miqrantı deportasia olunub.
V.Məmmədov maliyyə böhranı ilə əlaqədar Rusiyada çalışan azərbaycanlı əmək miqrantlarının kütləvi şəkildə ölkəyə qayıtması barədə məlumatları təkzib edib. Şöbə müdirinin sözlərinə görə, Rusiyadakı azərbaycanlılar müxtəlif sektorlarda, o cümlədən iaşə, tikinti, biznes və s. çalışırlar. Son vaxtlar Azərbaycanın məşğulluq orqanlarına Rusiyadan azərbaycanlıların geri qayıtması barədə məlumat daxil olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR