Bank Of Baku

Yevlaxda rayonların torpaq və xəritəçəkmə şöbələri, bələdiyyə nümayəndələrinin iştirakı ilə seminar keçirilib

Yevlaxda rayonların torpaq və xəritəçəkmə şöbələri, bələdiyyə nümayəndələrinin iştirakı ilə seminar keçirilib
# 29 yanvar 2009 16:51 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu-APA. Bu gün Yevlaxda bir sıra rayonların torpaq və xəritəçəkmə şöbələri, eləcə də bir sıra bələdiyyə nümayəndələrinin iştirakı ilə seminar keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da iştirak edib. Komitə sədri vətəndaşlara məxsus torpaq mülkiyyətinin də hərrac yolu ilə satılması barədə məsələlərə aydınlıq gətirərək deyib ki, vətəndaş qanuni yolla özəlləşdirdiyi torpaq sahəsi və ya başqa bu kimi mülkiyyət növünü istədiyi kimi notarial qaydada sata bilər. Q. Məmmədov qeyd edib ki, qanunvericilik yalnız dövlət və bələdiyyə torpaqlarının hərraca çıxarılmasını nəzərdə tutur. Bir yerdə beş il yaşamış vətəndaş isə yerli bələdiyyədən əvvəlki qaydada torpaq sahəsi ala bilər: “Tutaq ki, bir vətəndaş beş il və ya artıq bir yerdə yaşayırsa, bələdiyyələr əvvəlki halda olduğu kimi, həmin rayonun torpaq şöbəsinin rəyi əsasında ona həyətyanı sahə kimi yer ayıracaq və yaxud da kimsə bir rayonun ərazisindən gedib başqa bir rayonda yaşamaq istəyirsə, onlar da hərrac və müsabiqəyə cəlb olunacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR