Bank Of Baku

Lənkəranda elektrik enerjisinin verilişində tətbiq olunan məhdudiyyətlər yerli icra strukturlarını narahat edib

Lənkəranda elektrik enerjisinin verilişində tətbiq olunan məhdudiyyətlər yerli icra strukturlarını narahat edib
# 30 yanvar 2009 07:26 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Yanvarın ikinci ongünlüyündən başlayaraq Lənkəranın bir sıra yaşayış məntəqələrinə enerji verilişində tətbiq olunmuş uzunmüddətli məhdudiyyətlər əhali ilə yanaşı rayonun icra strukturlarının da narazılığına səbəb olub. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dünən keçirilən şura iclasının gündəliyində yer alan məsələlərdən biri də məhz enerji verilişindəki məhdudiyyətlərin müzakirəsi olub. ŞİH başçısının müavini Möhübbət Babayev çıxışında son zamanlar rayonda enerji verilişində ciddi problemlərin yaşandığını diqqətə çatdıraraq yanvarın 28-də sutka ərzində Lənkəran şəhərinə 9, kəndlərə isə cəmi 8 saat elektrik enerjisinin verildiyini bildirib. Qeyd olunub ki, Lənkəran Regional Enerji Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) və Rayon Paylayıcı Elektrik Şəbəkəsinin (RPEŞ) rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, vəziyyətin qaydaya düşməsi istiqamətində heç bir əməli tədbir görülməyib. İclasda ŞİH-nin başçısı Süleyman Mikayılov çıxış edərək mövcud problemin RPEŞ rəhbərliyinin səhlənkarlığı sayəsində yarandığını qeyd edib.
Şura iclasının sonunda S. Mikayılov hüquq-mühafizə orqanlarının rəhbərlərinə RPEŞ-də yaranmış vəziyyətlə bağlı araşdırmalar aparılmasını tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR