Bank Of Baku

Ötən il bələdiyyələrlə bağlı 15 cinayət işinin açılması üçün sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

Ötən il bələdiyyələrlə bağlı 15 cinayət işinin açılması üçün sənədlər hüquq-mühafizə orqanlarına göndərilib
# 30 yanvar 2009 10:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. 2008-ci ildə bələdiyyələrlə bağlı 15 cinayət işinin açılması üçün sənədlər hüquq-mühafizə orqanlarına göndərilib. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadənin bu gün Milli Məclisin Regional məsələlər daimi komissiyasının iclasında müzakirə olunan illik məruzəsində qeyd olunub. Məruzədə bildirilib ki, ötən il bələdiyyələrlə bağlı mərkəzə 1615 müraciət daxil olub, onlardan 80-i şikayət xarakterli olub, bələdiyyələrin verdiyi 635 aktın ləğv olunması tələb edilib. Onlardan 436-sı ləğv edilib, 421 bələdiyyə sədri haqqında inzibati xətalara yol verilməsi barədə protokol tərtib olunub. 6090 hektar torpaq sahəsinin verilməsi isə qanunsuz hesab edilib və həmin torpaqlar bələdiyyə mülkiyyətinə qaytarılıb.
Məruzədə o da qeyd edilib ki, hazırda Azərbaycanda 2757 bələdiyyə var.
Komissiya məruzəni Milli Məclisin iclasına tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR