Bank Of Baku

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi iş icazəsi verilən əcnəbilərin sayı 3,8 dəfə artıb

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi iş icazəsi verilən əcnəbilərin sayı 3,8 dəfə artıb
# 30 yanvar 2009 11:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. 2007-ci ildə Azərbaycanda 1118 əcnəbiyə əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi iş icazəsi verildiyi halda, ötən il bu rəqəm təqribən 3,8 dəfə artaraq 4239-a çatıb. APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü deyib. Onun sözlərinə görə, fərdi iş icazəsi almaq üçün müraciət edən əcnəbilərin sayı çox olsa da, onların hamısına əmək fəaliyyəti ilə məşğul olmağa razılıq verilmir. N. Şükürlü əcnəbilərin bəzilərinə iş icazəsinin verilməməsinin səbəbini Azərbaycanda müraciət edilən peşə və ixtisas üzrə işçi qüvvəsinin olması ilə izah edib.

DƏM rəisi qeyd edib ki, əcnəbi vətəndaşı Azərbaycana dəvət edib, amma ona fərdi iş icazə almayan müəssisə rəhbəri 30-35 min manat cərimələnir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR