Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi kütləvi informasiya vasitələrində yoxlamaları təxirə salıb

Dövlət Əmək Müfəttişliyi kütləvi informasiya vasitələrində yoxlamaları təxirə salıb
# 30 yanvar 2009 11:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanın tikinti sektorunda 400 minə yaxın insan çalışır. APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü deyib. Amma o, rəqəmin mübahisəli olduğunu etiraf edib. N. Şükürlü bildirib ki, mövsümdən asılı olaraq qışda tikintidə işləyənlərin sayı azalır, yayda isə artır. O, tikinti sektorunda çalışanların əksəriyyətinin əmək müqaviləsi əsasında işlədiyini da söyləyib.

DƏM rəisi kütləvi informasiya vasitələrində əmək fəaliyyətinə nəzarətlə bağlı hələ ötən il üçün planlaşdırdıqları yoxlamaların təxirə salındığını açıqlayıb: “Amma bu, o demək deyil ki, həmin yoxlamalar keçirilməyəcək. Sadəcə, bu gün mətbuatda ölüm, xəsarət alma halları sıfır səviyyəsində olduğundan diqqətimizi daha çox istehsalatın digər sahələrinə yönəltmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR