Bank Of Baku

Milli Məclisin Regional məsələlər daimi komissiyasının iclası keçirilib

Milli Məclisin Regional məsələlər daimi komissiyasının iclası keçirilib
# 30 yanvar 2009 11:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Regional məsələlər daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda komissiyanın 2009-cu ilin yaz sessiyası çərçivəsində qanunvericilik işləri planı təsdiqlənib. Komissiyanın sədri Arif Rəhimzadə bildirib ki, bu il “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında”, “Yerli vergilər və ödənişlər haqında”, “İnzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihələrini, o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna əlavə və dəyişiklik edilməsi haqqında sənədi müzakirə edəcəklər. Qanunvericilik işləri planı təsdiqləndikdən sonra komissiyanın 2008-ci ildə gördüyü işlər haqqında da məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR