Bank Of Baku

Çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə haqqında qanun layihəsində konkret məbləğ göstərilməyəcək

Çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə haqqında qanun layihəsində konkret məbləğ göstərilməyəcək
# 30 yanvar 2009 12:25 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin payız sessiyasında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə olunarkən ciddi mübahisələrə səbəb olan maddə sənəddən çıxarılıb. Bu barədə APA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü Rafael Cəbrayılov məlumat verib. Deputat deyib ki, əvvəl sənəddə maliyyə əməliyyatlarının 20 min manatdan artıq olacağı təqdirdə mütləq monitorinq aparılacağına dair müddəa öz əksini tapmışdı: “Bəzi deputatlar bu məbləğin ən azı 50 min manat olmasını təklif edirdilər. Amma elə ölkələr var ki, bu məbləğ 15 min avrodur”. R. Cəbrayılov bildirib ki, sənəd üçüncü oxunuşa hazırlanarkən bu maddə çıxarılıb və məbləğin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirəcəyi qeyd olunub: “Hesab edirəm ki, qanun yaradıcılığı baxımından bu məsələ çox səriştəli həll olunub. Qanunda məbləğ göstərilməsinin əleyhinəyəm”.

Müvafiq icra hakimiyyəti tərəfindən konkret məbləğ müəyyənləşdirildikdən sonra əməliyyatlar aparılan istənilən bank, notariat kontoru və digər qurumlar müştəriyə məlumat vermədən maliyyə monitorinqi həyata keçirə biləcək: “Monitorinq əməliyyatı aparan şəxsin kimliyini, hansısa terrorçu təşkilatla əlaqəsinin olub-olmadığını, cinayət yolu ilə pul əldə edib-etmədiyini müəyyənləşdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR